“AzELMAŞ” Elmi Texniki Firması (yarandığı dövrdə -“AzELMAŞ” Elmi Texniki
Maşınqayırma Müəssisəsi) 1993-cü ilin noyabr ayında təsis edilmişdir.
Müəssisə mexanika mühəndisliyi üzrə ixtisaslaşaraq, müxtəlif təyinatlı mexaniki,
elektrik, hidravliki intiqallı qurğu və avadanlıqların layihələndirilməsi, hazırlanması,
quraşdırılması işlərini həyata keçirir.
25 illik fəaliyyəti dövründə müəssisə tərəfindən bilavasitə, eləcə də digər şirkətlərlə
korporativ şəkildə əsasən neft sənayesi, eləcə də, su və kanalizasiya təsərrüfatı, rabitə
sahələri üçün onlarla layihə həyata keçrilmişdir.

İnstitut daim olaraq Dövlət neft şirkəti ilə sıx əməkdaşlıq etməklə yanaşı həm də, MDB və digər xarici ölkələrlə də neft-mədən avadanlıqlarının yeni növlərinin yaradılması istiqamətində işlər həyata keçirir.
Son dövrün işlərinə nəzər saldıqda ÇNQ-125×40 və ÇNQ-400×40 tipli nasos qurğularının, 125 tonluq səyyar qazma kompleksini layihələrini göstərmək lazımdır. Bu avadanlıqlar daxili və xarici istehlakçılar üçün nəzərdə tutulur. AZİNMAŞ-125 kompleksi isə 2300 m dərinlikdə quyuların qazılmasına və dərinliyi 6500 m-dək olan quyuların təmirinə imkan verir. Müvafiq olaraq 125 və 400 kVt gücə malik, 40 MPa təzyiq yaradan nasos qurğuları quyularda sementləmə, yuma, təzyiq sınaqları və başqa bu kimi işlərin aparılmasını təmin edir. Neftçilərin sifarişi ilə quyuların təmirində və istismarında işlədilən yeni avadanlıqların layihələri işlənir və sınaq nümunələri hazırlanaraq sınaq edilir. Bunlardan təkmilləşdirilmiş ştanq-borututucu və metalşlamtutucunu, quyuları parafindən təmizləmək üçün xüsusi frezeri, HTG10-30 ikibarabanlı tros qurğusunu, ikinci lülənin qazılması üçün meylləndirici qurğunu misal göstərmək olar. Bu qurğular hazırda istismarda olan fiziki və mənəvi cəhətdən köhnəlmiş avadanlıqları əvəz etmək üçün nəzərdə tutulur.











